Səhiyyə Nazirliyi Xose Bernardonun bıçaqlanması barədə məlumat yaydı


Digərləri 11 Noy 2019 12:23:00 261 0

Səhiyyə Nazirliyi Xose Bernardonun bıçaqlanması barədə məlumat yaydı

Səhiyyə Nazirliyi Bakının Pirallahı rayonundakı bıçaqlanma ilə bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Səhiyyə Nazirliyi Bakının Pirallahı rayonundakı bıçaqlanma ilə bağlı məlumat yayıb. Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, Pirallahı rayonunda vaş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59-da gəlib. Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub. (adsgarden = window.adsgarden || []).push({}); Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin