Azərbaycanlı aparıcı özünə otaq boyda qəbir qazdırdı


Şou-biznes 11 Noy 2019 12:19:00 271 0

Azərbaycanlı aparıcı özünə otaq boyda qəbir qazdırdı

Aparıcı-aktyor Sərxan Kərəmoğlu "Şou ATV"də tükürpədən etirafı ilə dəhşətə gətirib.

Son.az xəbər verir ki, Sərxan 19 il öncə özünə məzar qazdırdığını bildirib:

"Mənim 19 ildir qəbir evim hazırdır. Gəncədə sərdabə deyilən şey var, 3-ün 4-ə - bir otaq. Gir içində ayaq üstə gəz. Qardaşımla bərabər, yerdir götürmüşəm". 

Sərxan bu ilginc addımı atmağına səbəb olan dəhşətli faktı da efirdə açıqlayıb:

"Mən bu qərara nyə gəldim? 1999-cu il 28-dən 29-na keçən gecə idi. Mən Moskvada ailəmlə yaşayan bir dövr idi. Səhər saat 4-5 arası bir telefon zəngi gəldi. Qaldırdım, gördüm səs gəlmədi. Xışıltı səsi idi. Mən telefonu qoydum yerə, ikinci dəfə zəng gəldi. Dəstəyi qaldırdım "Kimdir? Alo, alo. Gördüm nəfəs gəlir, nəsə deməyə çalışır, amma deyə bilmir. Mən dəstəyi asdım. O MƏNİM QARDAŞIM İDİ. Son anında mənə zəng etdi ki, nəyisə desin, deyə bilmədi". 

(adsgarden = window.adsgarden || []).push({});