32 qadın öldürüb, amma hələ də izitozu yoxdur...


Dünya 11 Noy 2019 10:49:00 260 0

32 qadın öldürüb, amma hələ də izitozu yoxdur...

Volqayanı və Ural Federal bölgələrində çoxsaylı qətllər törədən, 32 qadının qətlində əli olan, Rusiyanın ən qəddar qatili hələ də tapılmır. Onun başına üç milyon rubl məbləğində mükafat da təyin edilib. Lakin seriya qətllər törədən və Rusiyada son illərin ən qəddar manyakı hesab edilən naməlum qatil hələ də azadlıqda gəzir. Şəhərbəşəhər dolaşan, ordan ora, burdan bura köçən manyak tənha yaşayan qadınların mənzilinə soxularaq onlara amansızlıqla divan tutub. Səkkiz ildən çox istintaq aparılmasına baxmayaraq təhqiqatçılar hələ də qatilin izinə düşə bilməyiblər. Bu barədə Lenta.ru nəşri məlumat yayıb.

Tənha və yaşlı qadınların qənimi

Son.az virtualaz-a istinadən xəbər verir ki, istintaq yolu ilə müəyyən edilib ki, qatil cinayətlərinin böyük əksəriyyətini 2011-2012-ci illərdə Volqayanı və  Ural bölgələrində törədib.  Bəzən qurbanlarını öldürdükdən sonra onların evinə də "əl gəzdirib". Amma bu, nadir hallarda baş verib. Əsasən isə qətli törətdikdən sonra göz önündəki pullara belə əlini vurmayıb. Məhz bu səbəbdən də əməliyyatçılar qarət məqsədilə qətl törədən qatilin deyil, əsl manyakın axtarışına çıxıblar.

Manyak qurbanlarını özünəməxsus tərzdə seçib. Belə ki, öldürülənlərin hamısı 75-90 yaş arası tənha qadınlar olub. Və qurbanların hamısı  beşmərtəbəli köhnə binalarda yaşayıblar. Manyak onların bir çoxu ilə təsadüfən küçədə rastlaşıb, ağır zənbillərini daşımağa yardım göstərib və beləcə qurbanın evinə ayaq basıb. Mənzilə daxil olduqdan sonra isə əlcəklərini geyinib və qurbanını qətlə yetirib. Qətldən sonra  izi itirmək üçün döşəməyə yuyucu toz səpib. Nəticədə xüsusi öyrədilmiş itlər izi tapa bilməyiblər. Bəlkə də elə bu üzdən manyak hüquq-mühafizə orqanlarının diqqətindən yayına bilib.

Taktikasını dəyişən qatil hara yoxa çıxıb?

Bir dəfə polislərin əlinə düşmə ehtimalı yaransa da cəld tərpənərək özünü üçüncü mərtəbədən yerə atıb və aradan çıxa bilib. İkinci dəfə isə binanın girişindəki kameranın obyektivinə tuş gəlib. Nəticədə istintaqa yalnız cinayətkarın dumanlı xarici görünüşü bəlli olub, bundan başqa heç nə.

Səkkiz ildir ki, hüquq-mühafizə orqanları manyakın izinə düşməyə, onun şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar. Amma aparılan araşırmalar müsbət nəticə vermir. 2012-ci ildən sonra qatil birdəfəlik "yoxa çıxıb". Amma ola bilsin ki, sadəcə taksikasını dəyişib və başqa şəhərlərdə cinayətlər törətməkdə davam edir.

Lənətlənmiş yol

Qatilə əslində hər yerdə rast gəlmək mümkündür. Onun cinayətlərinin coğrafiyası çox genişdir: son iki il ərzində Rusiyanın səkkiz bölgəsində - Tatarıstan, Başqırdıstan, Udmurtiya, Perm, Nijeqorod, Sverdlovsk, Ulyanov, Samara və İvanovskdə silsilə qətllər törətməyə imkan tapıb.

Udmurtiyada səkkiz qətl törədən qatil 2011-ci ildə ilin avqustunda Tatarıstana üz tutub. Orada daha bir təqaüdçünü boğaraq başına çoxsaylı zərbələr endirib. Amma yaşlı qadın möcüzə nəticəsindəı sağ qalıb və manyakın xarici görünüşü, əlamətləri barədə hüquq-mühafizə orqanlarını məlumatlandırıb.

Lakin həmin ərəfədə silsilə qətllər törədən manyak artıq başqa respublikaya üz tutub. 2011-ci ilin sentyabrında manyakın doqquzuncu qurbanının - ütünün şnuru ilə boğulan tənha qadının meyiti öz mənzilində aşkarlanıb. Həmin an ilk və son dəfə manyakın ələ keçməsi şansı yaranıb. Belə ki, qurbanını qətlə yetirdikdən sonra mənzilin altını üsünə çevirib. Elə bu vaxt ev sahibəsinin oğlu içəri girib. O, qatili tutmağa cəhd etsə də, manyak  pəncərədən aşağı atılıb və hadisə yerindən qaçıb. Bu hadisədən sonra qatil özünə əsasən aşağı mərtəbədə yaşayan qurbanlar seçib.

Voljsk şəhərindən İjevskə yollanan qatil orada daha üç qətl törətdikdən sonra Kazana qayıdıb. 2012-ci ilin fevralında daha bir tənha təqaüdçünü boğub. Artıq aydın olub ki, qatili qurbanın pensiyası və dəfn üçün yığdığı pullar maraqlandırmır. O, mənzildən yalnız zinət əşyalarını və qapını bağlamaq üçün açarı götürüb. Göz önündə olan 8 min rubl pula isə əlini də vurmayıb.

Bu hadisədən iki ay sonra qatil daha iki ahıl qadını boğub. Onlardan birini xalatın kəməriylə, digərini isə yenə də ütünün şnuruyla. Artıq müstəntiqlər bütün qətllərin yalnız bir nəfər tərəfindən törədilməsi qənaətinə gəliblər.   

(adsgarden = window.adsgarden || []).push({});