Fədayə Laçının oğlunun bu sözləri Mətanəti göz yaşlarına boğdu


Şou-biznes 11 Noy 2019 09:56:00 277 0

Fədayə Laçının oğlunun bu sözləri Mətanəti göz yaşlarına boğdu

Bir müddət əvvəl azadlığa çıxan müğənni Fədayə Laçın və oğlu - qəzəlxan Əlhəm Dəşti ATV-də yayımlanan "Ən yaxşısı" verilişində qonaq olub.

Son.az baku.ws-ə istinadən bildirir ki, verilişin aparıcısı Mətanət Əliverdiyeva Əlhəm Dəştiyə "Ananın yanında olmadığı bu 2 ildə hansı hissləri keçirdin?" sualını ünvanlayıb.

Əlhəm Dəşti bu suala cavabında iki ildir yaşamadığını söyləyib:

"Anam həbsdən çıxandan sonra onu qucaqladım və o an başa düşdüm ki, iki ildir yaşamıram. Mən bunun icmalını belə izah edə bilərəm. Yenidən dünyaya gəldim".