Binəqədidə təndirxana yanıb


Digərləri 11 Noy 2019 09:28:00 265 0

Binəqədidə təndirxana yanıb

Binəqədidə çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bakı. Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə Trend-ə FHN-dən məlumat verilib. Məlumata görə, yanğın binanın birinci mərtəbəsində mağazada qeydə alınıb. Mağazanın içərisində tikilən ümumi sahəsi 30 m² olan təndirxananın yanar konstruksiyaları 15 m² sahədə yanıb. Təndirxananın qalan hissəsi və mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin