Günün qoroskopu: xasiyyətinizin ən gözəl tərəflərini nümayiş etdirmək üçün əla gündür


Digərləri 11 Noy 2019 00:01:00 308 0

Günün qoroskopu: xasiyyətinizin ən gözəl tərəflərini nümayiş etdirmək üçün əla gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç -  həyatınızda dəyişikliklər istəyirsiniz? Nə durmusunuz, hərəkət edin! Təşəbbüs göstərmək, yeni layihələrə başlamaq zamanıdır. Heç bir çətinlik çəkmədən tərəfdaş tapır, nüfuzlu insanların dəstəyini qazanırsınız. Çoxdankı iş ortaqlarınız yenidən peyda olacaqlar, özü də əliboş gəlməyəcəklər, onlardan maraqlı iş təklifləri gözləyin. İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı və kosmetik prosedurlar çox effektlidir. Həm özünüzə, həm də yaxın adamınıza geyim və zinət əşyası ala bilərsiniz, seçiminiz doğru olacaq.

Buğa - bu günün hadisələri sizi sevindirəcək. Yeni işə başlaya, iş yerinizi dəyişə, uzunmüddətli əməkdaşlıq barədə danışıqlar apara bilərsiniz. Qarşınızda açılan perspektivlər çox gözəldir: bütün imkanlardan yararlanmaq üçün azacıq cəsarət gərəkdir. Maraqlı görüşlər mümkündür. Yaradıcı potensialınız artır. Bu gün başqalarının sizdən gözlədiyi hərəkətləri etmir və yaxşı nəticələr qazanırsınız. Hər kəs sizə heyrandır. Özünüzlə qürrələnə bilərsiniz.

Əkizlər - çox uğurlu gündür. Ancaq çox şey düşəcəyiniz mühitdən asılıdır. Hər şeyi qara tonlarda görməyə adət etmiş insanlardan kənar gəzin, onların təsiri altına düşə bilərsiniz. Nikbin adamlarla ünsiyyət isə kefinizi açacaq və bu əhval uzun müddət davam edəcək. Təşəbbüs göstərmək, istənilən xarakterli tədbirlərin təşkili üçün yaxşı gündür. Köhnə, lazımsız əşyalardan canınızı qurtarın: ətrafınızda yer açın, o zaman həyat sizə xoş sürpriz bəxş edəcək.  

Xərçəng - mürəkkəb məsələlərin həlli, birmənalı olmayan şəraitdən çıxış yolunun tapılması üçün münasib gündür. Bu gün ağlınıza gələn ideyalar həm təzəliyi, həm də gecikmədən reallaşdırıla bilmələri ilə diqqət çəkəcək. Vaxtınızı boşa verməyin, müsbət tendensiyaların təsiri, hələ ki, güclüdür, dayanmayın, hərəkətə keçin. İşgüzar səfərlər uğurlu olacaq, çox mümkündür ki, belə səfərlər zamanı maraqlı, eyni zamanda romantik xarakterli tanışlıqlar olsun. Bu gün aşiq olmaq, həmçinin başqalarını özünüzə valeh etmək çox asandır.

Şir - işgüzar baxımdan xoş gündür, işdəki probemləri tez həll edirsiniz. Karyerada irəliləyiş mümkündür. Vəzifəcə sizdən üstün olan həmkarlarınızla dil tapa, nüfuzlu insanlar arasında ortaq qazana bilərsiniz. Uzaq gələcəkdə yaxşı gəlir gətirə biləcək sövdələr bağlaya bilərsiniz. Fiziki işlə məşğul olmaq, elektrik avadanlıqları və mürəkkəb mexanizmlərlə iş görmək məsləhət deyil. Ev işi sizi çox yoracaq. Axşamı sağlamlaşdırıcı prosedurlara həsr edin, yaxud gözəllik salonuna baş çəkin.

Qız - ünsiyyət üçün əla gündür, istənilən xarakterli görüş təyin edə bilərsiniz. İntuitiv olaraq özünüzü necə aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq üçün ona nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Qızlar insanları idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu xüsusiyyətlərinin fərqinə varmadıqlarına təəccüblənəcəklər. Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən yanaşmaqla gəlirlərinizi xeyli artıra bilərsiniz. Qısa səfərlər uğurlu, uzunmüddətlilər isə yorucu olacaq.

(adsgarden = window.adsgarden || []).push({});