Türkiyədə iki zəlzələ qeydə alınıb


Digərləri 10 Noy 2019 23:56:00 244 0

Türkiyədə iki zəlzələ qeydə alınıb

Türkiyə sahillərində Aralıq dənizində 3,1 bal gücündə zəlzələ baş verib

Bakı. Türkiyə sahillərində Aralıq dənizində 3,1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 17:39-da qeydə alınıb. Zəlzələnin episentri Antalya vilayətinin Alanya rayonundan 51,23 kilometr məsafədə yerləşib. Zəlzələnin ocağı 17,83 kilometr dərinlikdə yerləşib. İzmir vilayətində saat 18:16-da 3,0 bal gücündə zəlzələnin baş verdiyi də bildirilib. Zəlzələlərin episentri Çeşme rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib. (adsgarden = window.adsgarden || []).push({}); Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin