Professor beyin üçün ən zərərli məhsulları açıqladı


Digərləri 10 Noy 2019 23:30:00 334 0

Professor beyin üçün ən zərərli məhsulları açıqladı

Beyin sağlamlığı ilə bağlı problemlər bədənin balansında problemlər yarada bilər. Pis vərdişlər və ya gündəlik həyatda istifadə edilən qidalar beynimizə birbaşa təsir edir.

Son.az xəbər verir ki, professor Ersa Sağlam beyin sağlamlığına təsir edən faydalı və zərərli qidalardan danışıb. Xərçəngin müalicəsində düzgün qidalanmanın əhəmiyyətinə toxunan professor tərkibində qatqı və kimyəvi məhsullar olan bütün konservləşdirilmiş vasitələrdən imtina etməyi məsləhət görüb.

"Prostat xərçəngi yüksək protein qəbul edən, sosiska və kolbasa yeyən kök insanların xəstəliyidir. Ağciyər xərçəngi isə əksinə, nisbətən arıq insanlara xas olur. Xəstəliyə maddi baxımdan zəif təmin olunan ailələrdə daha çox rast gəlinir.

Yumurta düzgün şəraitdə istehsal olunarsa, istehlak edilə bilər. Şübhəsiz ki, eyni qayda toyuğa da aiddir. Yarı sintetik şəkildə istehsal edildikdə heç bir faydası olmur.

Un məmulatlarının isə yeyilməməsi tövsiyə olunur. Şəkər demək olar ki, həyatımızdan çıxarılmalı olan qidalardan biridir. Düzgün miqdarda bal, meyvə və ya doşab qəbul etmək faydalıdır və onların tərkibindəki şəkər bədənə zərər vermir. Odur ki, şəkərdən tamamilə imtina mübahisəlidir. Səhər yeməyində bal yesəniz, problem olmaz, ancaq 1 qaşıqdan artıq qəbul zərərli ola bilər.

Ağ çörək vücudun pH səviyyəsini aşağı salır, vücudu turşu halına gətirir. Məlum olduğu kimi, bədənin pH səviyyəsi bir qədər qələvidir. Bu miqdar nə qədər az olarsa, bədən bir o qədər daha tez yağlanır.

Xərçəng xəstəliyindən əziyyət çəkənlərin 90 faizi şəkərdən imtina edir, amma bu, xəstələri müalicə etməyi çətinləşdirir. Şəkərdən tamamilə imtina etmək doğru deyil. Rafinə edilmiş şəkər əvəzinə dondurma, bəhməz, xurma və əncir yeyin".

Daha sonra professor sarıkökün xərçəngin müalicəsində rolundan danışıb:

"Sadəcə sarıköklə hər hansı xəstəliyi nəzarətdə saxlamaq mümkün deyil. Belə bir araşdırma yoxdur. Ancaq mənfi təsiri azalda bilər".

Professor Gökhan Özyigit isə şəkər və xərçəng arasındakı əlaqə haqqında bunları söyləyib:

"Şəkər piylənməyə səbəb olur, piylənmə isə xərçəng yaradır, ancaq xərçəngli hüceyrənin sadəcə şəkərə ehtiyacı yoxdur. Zülal və yağ da var. Odur ki, xüsusilə uşaq rasionunda karbohidratlar, yağ və protein balanslı olmalıdır. Beynin fəaliyyəti qlükoza səviyyəsindən də asılıdır. Lakin qlükoza yalnız qarğıdalının tərkibində deyil. Məlumdur ki, məhsul toxluq hissinin qarşısını alır".

Professorun sözlərinə görə, palma yağları xərçəng riskini artıran digər məhsuldur:

"Elmi araşdırmalar göstərib ki, palma yağları xərçəngin yayılmasını 8-10 qat daha çox artırır. Odur ki, palma yağı və fruktoza əsaslı şəkərlərdən imtina edin. Ümumdünya Səhiyyə Təşkilatı sosiska və kolbasa kimi bütün emal olunmuş məhsulların birinci kateqoriyadakı kanserogen olduğunu açıqlayıb. Bir maddədən davamlı istifadə xərçəng yaradır. Zərərli məhsulların təsirinə məruz qaldıqda immun sisteminin onu təmizləməyə gücü çatmır. Bu, nadir hallarda baş verir və əgər immunitet çox sağlamdırsa. Odur ki, belə məhsullardan az-az istifadə edin. Hər gün istifadə edildiyi zaman xərçəng riski 18 faizdən çox artır".

(adsgarden = window.adsgarden || []).push({});