Əlahiddə Ümumqoşun Orduda "Ən yaxşı mühəndisistehkam və mühəndiskəşfiyyat manqası" adı uğrunda yarış keçirilib VİDEO FOTO
Digərləri 10 Noy 2019 22:30:00 345 0
Əlahiddə Ümumqoşun Orduda "Ən yaxşı mühəndis-istehkam və mühəndis-kəşfiyyat manqası" adı uğrunda yarış keçirilib.
Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, yarışa cəlb olunan mühəndis silahlanma vasitələrinə baxılıb və şəxsi heyətə yarışın məqsədi çatdırılıb.
Yarışda ixtisas hazırlığından şərti düşmənin ön xəttinin qarşısında mina-partlayış maneələrinin kəşfiyyatının aparılması və əl üsulu ilə həmin maneələrdən keçidlərin açılması praktiki yerinə yetirilib.
Sonra yarış iştirakçılarından test üsulu ilə məqbullar götürülüb və qaliblər mükafatlandırılıb.
Mənbə: milli.az