Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı mühəndis-istehkam və mühəndis-kəşfiyyat manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO)


Digərləri 10 Noy 2019 22:14:22 229 0

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı mühəndis-istehkam və mühəndis-kəşfiyyat manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO)

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı mühəndis-istehkam və mühəndis-kəşfiyyat manqası” adı uğrunda yarış keçirilib

Bakı. Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı mühəndis-istehkam və mühəndis-kəşfiyyat manqası” adı uğrunda yarış keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yarışa cəlb olunan mühəndis silahlanma vasitələrinə baxılıb və şəxsi heyətə yarışın məqsədi çatdırılıb. Yarışda ixtisas hazırlığından şərti düşmənin ön xəttinin qarşısında mina-partlayış maneələrinin kəşfiyyatının aparılması və əl üsulu ilə həmin maneələrdən keçidlərin açılması praktiki yerinə yetirilib. Sonra yarış iştirakçılarından test üsulu ilə məqbullar götürülüb və qaliblər mükafatlandırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin