Nar yeyərkən DİQQƏTLİ OLUN! ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ


Digərləri 10 Noy 2019 21:20:00 299 0

Nar yeyərkən DİQQƏTLİ OLUN!  ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ

Mövsüm meyvələri arasında nar ən sevilənlər arasında yer alır. Lakin çox yeyilən zaman narın təzyiqi aşağı salması, zahərlənmə verməsi qaçınılmaz olur. Bəs doğurdan da narın əks təsiri varmı?

Son.az xəbər verir ki, ən dözümlü meyvələr sırasında olan nar yığımından sonra uzun müddət çürümədən qala bilir. Narın bəsləyici və faydalı meyvə olmasına baxmayaraq bəzi insanlara əks təsiri ola bilir. 

Təəccüblü görünsə də, nar allergiyaya səbəb ola bilir. Nar yedikdən sonra əgər qaşıntı, boğazda göynəmə, mədə ağrısı varsa demək ki, allergiya yaradıb. Nar yeyən insan ciddi hallarda nəfəs darlığı, boğaz və dil şişməsi hətta şok da yaşaya bilər. 

Nar içdiyimiz hər hansısa dərmana əks reaksiya verə bilər. Əgər dərman qəbul edirsinizsə həkiminizdən hansı meyvələri yeyib-yeyəməyəcəyinizi soruşmalısınız. Nar xüsusilə təzyiq dərmanlarına əks reaksiya verə bilər.  Edilən araşdırmalar göstərir ki, nar təzyiqi aşağı salır. Əslində təzyiqi yüksək olanlar üçün bu yaxşı xəbər olsa da, aşağı təzyiqli insanlar nardan nə qədər az istifadə etsələr bu onlar üçün faydalı olar. Belə ki, əməliyyatdan ən az 2 həftə əvvəl nar yemək məsləhətli deyil. 

(adsgarden = window.adsgarden || []).push({});