Yuxuda bu insanı görmüsünüz? FOTO


Digərləri 10 Noy 2019 20:40:00 259 0

Yuxuda bu insanı görmüsünüz?  FOTO

Uzun illərdir internetdə fenomenə çevrilmiş "Bu Adam" (This Man) tam açıqlanmayan bir obrazdır. İnsanların yuxuda gördüyü iddia edilən bu sirli varlığı incələyək. Yuxuda bu insanı görmüsünüz? Minlərlə insanın yuxularına girən, sirri açılmayan əsrarəngiz adam

2006-cı ilin yanvarında Nyu-Yorkda məşhur psixiatrın xəstəsi daha əvvəl görmədiyi insanın yuxuda ona həyatıyla bağlı tövsiyələr verdiyini bildirir. O, yuxuda gördüyü şəxsin şəklini çəkib psixiatra göstərir.

Bir neçə gün sonra başqa bir xəstə həmin şəkli görür. Bu, onun da yuxusuna girən adamın şəkliydi. O da yuxusuna girəni daha əvvəl görmədiyini söyləyirdi. Psixiatr həmin şəkli həmkarlarına göndərir. Bir neçə ayda onu yuxuda gördüklərini söyləyən daha 4 xəstə gəlir.

Son.az bildirir ki, şəklin çəkildiyi vaxtdan indiyədək Los-Ancelsdən, Tehrandan, Parisdən, Moskvadan və digər bölgələrdən 2000-dən çox insan şəkildəki obrazı yuxuda gördüyünü söyləyib. Fenomenə çevrilən şəxsi tapmaq üçün bir çox ölkədə elanlar yerləşdirilib.

Bəs niyə bu sirli adam insanların yuxularına girir? Bunun hər hansı qorxunc açıqlaması var? Bu müstəvidəki nəzəriyyələrdən ilki Model nəzəriyyəsidir. Nəzəriyyəyə görə, bu şəxs insanların alt şüurunda yatan bir obrazdır və yalnız çətin vaxtlarda (dramatik dəyişikliklər, stressli hallar) üzə çıxır, elə buna görə də yuxulara girir.

Yuxuda bu insanı görmüsünüz? Minlərlə insanın yuxularına girən, sirri açılmayan əsrarəngiz adam

(adsgarden = window.adsgarden || []).push({});