Goranboyda ağır qəza:


Digərləri 10 Noy 2019 18:51:00 297 0

Goranboyda ağır qəza:

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli kəndi ərazisindən keçən hissəsində baş verib.

"Hyundai" və "Vaz" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.