İran Səudiyyəyə sülh təklifi: "Plan..."


Dünya 10 Noy 2019 17:13:00 250 0

İran Səudiyyəyə sülh təklifi: "Plan..."

İran regional təhlükəsizlik sahəsində əməkdaşlığa həsr olunmuş "Hörmüz sülh təşəbbüsü"nün detallarını Bəhreyn və Səudiyyə Ərəbistanına göndərib.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi danışıb.

"Daha əvvəl İran Prezidenti Həsən Ruhani tərəfindən BMT-yə təqdim olunan "Hörmüz sülh təşəbbüsü" planı detallarla birlikdə əlaqədar dövlətlərə, o cümlədən Bəhreyn və Səudiyyə Ərəbistanına göndərilib", - Musəvi bildirib.