Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırdı


Digərləri 10 Noy 2019 17:17:51 324 0

Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırdı

Almaniya kansleri Angela Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırır

Bakı, Almaniya kansleri Angela Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırır. Trend-in məlumatına görə, kansler ənənəvi həftəlik video müraciətində bunları söyləyib: "Gələcəkdə silah sistemlərini birlikdə inkişaf etdirəcəyik, o cümlədən hərbi təyyarələrin və tankların dizaynı modernləşdiriləcək. Almaniya və Fransa burada ən inkişaf etmiş ölkələrdəndir" deyə o bildirib. Kansler əlavə edib ki, Almaniyanın təhlükəsizliyi Bundesverin(Almaniyanın silahlı qüvvələri) iştirakı ilə təmin olunur, buna görə silahlı qüvvələr inkişaf üçün lazımı maliyyə mənbələrini almalıdırlar. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin