Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu - Deputat


Digərləri 10 Noy 2019 16:31:12 59 0

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu - Deputat

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol" layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, "Bir kəmər, bir yol" layihəsinin mərkəzi dəhlizindən istifadə edilərək yüklərin Praqaya çatdırılması, enerji və zamana qənaət baxımından əlverişli hesab edilir. A.Hüseynov əlavə edib ki, layihənin dəhlizi Mərkəzi Asiya – Cənubi Qafqaz regionundan keçdiyi üçün "Bir kəmər, bir yol" çərçivəsində Azərbaycanın önəmi diqqətdən yayına bilməz. Deputat qeyd edib ki, "Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdəndir. Onun fikrincə, Azərbaycanın həyata keçirdiyi Şərq-Qərb nəqliyyat dəhlizi və Trans-Xəzər nəqliyyat dəhlizi layihələrinin reallaşması Çin-Azərbaycan iqtisadi əlaqələrində yeni bir mərhələ açdı: "Azərbaycan dünyanın ən böyük iqtisadiyyatı olan ölkəsi hesab edilən Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdəndir. Çindən Avropaya göndərilən yüklərin daşınmasında Azərbaycanın təqdim etdiyi tranzit daşımalarla bağlı imkanlar çox səmərəlidir və perspektivlidir. "Bir kəmər, bir yol" təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir". A.Hüseynov əlavə edib ki, Azərbaycan rəhbərliyi ölkəmizin coğrafi mövqeyindən və nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yükdaşımalarda mövqeyinin daha da yüksəlməsinə nail olmaq üçün ciddi iş aparır: "Təbii ki, bu istiqamətdə dünyanın ikinci iqtisadiyyatına malik olan Çin ilə əlaqələr xüsusi əhəmiyyətə malikdir. Ümumilikdə Çinlə Azərbaycan arasında qarşılıqlı münasibətlər ticari-iqtisadi, humanitar sahələrdə əməkdaşlığın geniş spektri, eləcə də irimiqyaslı beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması sayəsində kifayət qədər perspektivlidir. Çinlə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri günü-gündən inkişaf edir". Qeyd edək ki, Çindən Avropaya Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə hərəkət edən "China Railway Express" yük qatarı artıq İstanbulu da keçərək Marmara tuneli vasitəsilə Avropada hərəkət etməkdədir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Sevgilisi ilə görüntülənməmək üçün qaçmaq istədi like
  • 10 Noy 16:20  
Digərləri Sevgilisi ilə görüntülənməmək üçün qaçmaq istədi

Aktrisa Hazal Filiz Küçükköse sevgilisi ilə obyektivlərə tuş gəlib.

arrow Ətraflı
Hicab geyinən şahzadə tənqid edildi  FOTO like
  • 10 Noy 16:13  
Dünya Hicab geyinən şahzadə tənqid edildi FOTO

İsveç Krallığının vəliəhd şahzadəsi Viktoriya Bosniya ve Hersoqovinaya

arrow Ətraflı
Meksika Boliviyadakı hadisələrə münasibət bildirdi like
  • 10 Noy 16:07  
Dünya Meksika Boliviyadakı hadisələrə münasibət bildirdi

Meksikanın xarici işlər nazirliyi şənbə günü mübahisəli seçki ilə ba

arrow Ətraflı
“El Çapo”nun milyon dollarlıq evləri auksiona çıxarılıb  FOTO like
  • 10 Noy 16:00  
Dünya “El Çapo”nun milyon dollarlıq evləri auksiona çıxarılıb FOTO

Məşhur narkobaron "El Çapo" ləqəbli Joaqin Quzmanın Meksikanın

arrow Ətraflı
Uşağı ilə FOTO paylaşdı, like
  • 10 Noy 15:48  
Digərləri Uşağı ilə FOTO paylaşdı,

Türkiyəli məşhur Berfu Yenenler sosial şəbəkədə tez-tez oğlu Kuzeylə

arrow Ətraflı
Meksika hökuməti Boliviyadakı vəziyyətdən narahat olduğunu bildirir like
  • 10 Noy 15:47  
Digərləri Meksika hökuməti Boliviyadakı vəziyyətdən narahat olduğunu bildirir

Meksikanın xarici işlər nazirliyi şənbə günü mübahisəli seçki ilə ba

arrow Ətraflı
“Dünyanın güc mərkəzlərini Iranla danışıqlara çağırırıq” like
  • 10 Noy 15:41  
Dünya “Dünyanın güc mərkəzlərini Iranla danışıqlara çağırırıq”

"Reuters"in xəbərində deyilir ki, Birləşmiş Ərəb Əmirlikləri

arrow Ətraflı
Əfqan ordusu Taliban komandirini məhv etdi like
  • 10 Noy 15:34  
Dünya Əfqan ordusu Taliban komandirini məhv etdi

Əfqanıstanın Hərbi Hava Qüvvələri terrorçuların mövqelərinə aviazər

arrow Ətraflı
İran və Rusiya Buşer nüvə elektrik stansiyasının tikintisinə başlayır like
  • 10 Noy 15:10  
Dünya İran və Rusiya Buşer nüvə elektrik stansiyasının tikintisinə başlayır

İranda Rusiya tərəfinin iştirakı ilə Buşer nüvə elektrik stansiyasını

arrow Ətraflı
ABŞ Şimali Koreyadan təkidlə xahiş edir ki... like
  • 10 Noy 15:04  
Dünya ABŞ Şimali Koreyadan təkidlə xahiş edir ki...

Cənubi Koreya və Şimali Koreya arasında münasibətlər pisləşib

arrow Ətraflı
İran və Rusiya Buşer nüvə elektrik stansiyasının tikintisinə başlayır like
  • 10 Noy 15:02  
Digərləri İran və Rusiya Buşer nüvə elektrik stansiyasının tikintisinə başlayır

İranda Rusiya tərəfinin iştirakı ilə Buşer nüvə elektrik stansiyasını

arrow Ətraflı
Vüqar 144 min udmasa da, 125 min itirib like
  • 10 Noy 14:38  
Şou-biznes Vüqar 144 min udmasa da, 125 min itirib

Meyxanaçı Vüqar Əbdülov haqqında çıxan xəbərlərə aydınlıq gətirib

arrow Ətraflı
İnsan üzlü balıq görüntüləndi  FOTO like
  • 10 Noy 14:31  
Digərləri İnsan üzlü balıq görüntüləndi FOTO

Çinin Kunming şəhərində yerləşən bir kənddə qəribə balıq diqqəti

arrow Ətraflı
"Arsenal"ın ulduzu 313 minlik maşını ilə qəzaya düşdü like
  • 10 Noy 14:20  
Dünya "Arsenal"ın ulduzu 313 minlik maşını ilə qəzaya düşdü

London "Arsenal"ının hücumçusu Pyer-Emerik Obameyanq özünün 313

arrow Ətraflı