"Məkkədə dua etdim ki, Allah, səsimi al"


Şou-biznes 10 Noy 2019 13:52:00 320 0

"Məkkədə dua etdim ki, Allah, səsimi al"

Müğənni Nazim Məmmədov "Zaurla Günaydın" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi açıqlaması ilə hər kəsi təəccübləndirib. O bildirib ki, illər əvvəl səsi batıb:

"2008-ci ildə ilk dəfə Məkkəyə getdim. Orada dua etdim ki, Allah mənim səsimi al. Bilim ki, bu sahədə heç bir işə yaramıram, gedim daş daşıyım. Həqiqətən də, 1 il sonra səsim batdı. Danışanda nəfəsim tükənirdi. Allergiyadan oldu".