Bakıda 22 dərəcə isti olacaq


Digərləri 10 Noy 2019 13:28:00 371 0

Bakıda 22 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Gün ərzində mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 10-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz  19-21° isti təşkil edəcək. 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.