Bələdiyyə sədrinin saçını kəsib,


Dünya 10 Noy 2019 13:10:00 302 0

Bələdiyyə sədrinin saçını kəsib,

Boliviyada mübahisəli seçki nəticələrindən sonra insanlar küçələrə axın ediblər.  Məlumata görə, bu günə qədər qarşıdurmalarda 1 nəfər ölüb, 89 nəfər isə yaralanıb.

Son.az musavat.com-a istinadən bildirir ki, müxalif nümayişçilər qadın bələdiyyə sədri olan Patrisia Arceyə işgəncə veriblər. Saçları zorla kəsilən bələdiyyə başqanı küçədə yalın ayaqla gəzdirilib.

Ölkənin Vinto adlı bölgəsində bələdiyyə binasına hücum edən müxaliflər iqtidar partiyası olan Sosializm Hərəkatına mənsub qadın bələdiyyə sədri Patrisia Arceni binadan zorla çıxarıblar.

Bələdiyyə binasını yağmaladıqdan sonra yandıran nümayişçilər girov götürdükləri və işgəncələrə məruz qoyduqları qadın başqanı bir müddət sonra polisə təhvil veriblər.

Müxaliflərin söyüşlərinə və fiziki təzyiqinə məruz qalan qadın siyasətçinin saçlarının zorla kəsildiyi, üzünə və bədəninə boya, zibil atıldığı bildirilir.

(adsgarden = window.adsgarden || []).push({});