Eyni restoran 2ci dəfə yandı


Digərləri 10 Noy 2019 12:40:00 339 0

Eyni restoran 2ci dəfə yandı

Zaqatalada yanğın hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, insident rayonun "Görüş" restoranında qeydə alınıb.

Belə ki, şəhərin "Köhnə Avtovağzal" adlanan ərazisində Əliyeva Ayna Əhməd qızına məxsus restoran  yanıb. Hadisə yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndurən texnikası və canlı qüvvəsı cəlb olunub.

Yanğın zamanı restoranın bir hissəsi yanıb.

Qeyd edək ki, "Görüş" restoranı 8 ay ərzində ikinci dəfədir ki, yanır. Birinci yanğın mart ayında olub.

Faktla bağlı araşdırma aparılır.