Fransız tələbə özünü yandırdı “Mən ittiham edirəm”


Dünya 10 Noy 2019 10:01:00 307 0

Fransız tələbə özünü yandırdı  “Mən ittiham edirəm”

22 yaşlı fransız tələbə Lyon şəhərindəki bir universitet restoranının qarşısında özünə od vurub. İntihara cəhddən bir neçə saat əvvəl isə o, maddi sıxıntıları barədə Facebook-da status paylaşıb.

O, artıq ayda 450 avro ilə yaşamaq gücündə olmadığını bildirib.

Son.az musavat.com-a istinadən bildirir ki, Bu xəbəri "BBC" yayıb.

"Gəlin bizi ayıran faşizmə ... və bərabərsizliyi yaradan liberalizmə qarşı mübarizə aparaq", - tələbə statusunda belə yazıb.

"Mən Makronu, Fransua Ollandı, Nikola Sarkozini və Avropa Birliyini məni öldürməkdə, hamının gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaratmaqda ittiham edirəm. Mən Le Peni (Fransa millətçilərinin sağçı lideri Marine Le Pen) və qəzet redaktorlarını cəmiyyətdə qorxu yaratmaqda suçlayıram".