"Kyoto Animation" studiyasında yanğın törədən şəxs günahını etiraf etdi


Dünya 10 Noy 2019 09:33:00 253 0

"Kyoto Animation" studiyasında yanğın törədən şəxs günahını etiraf etdi

"Kyoto Animation" animasiya şirkətinin studiyasında yanğın törətməkdə şübhəli bilinərək həbs olunan Yaponiya sakini günahını etiraf edib.

Son.az bildiriri ki, Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 41 yaşlı Şinzo Aoba günahını tamamilə qəbul edib və vurğulayıb ki, onun məqsədi məhz animasiya stusiyasının əməkdaşları olub.

Qeyd edək ki, "Kyoto Animation" animasiya şirkətinin studiyasında yanğın iyulun 18-də baş verib. Yanğın nəticəsində 36 nəfər ölüb, 33 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.