İstanbulda 40 nəfərdən çox insan mövlud plovundan zəhərlənib


Dünya 10 Noy 2019 09:39:00 226 0

İstanbulda 40 nəfərdən çox insan mövlud plovundan zəhərlənib

İstanbulun Sultanqazi rayonunda 40 nəfərdən çox insan zəhərlənmə şikayətilə xəstəxanaya müraciət edib.

Son.az APA-ya istinadən bildirir ki, rayonun Cebeci məhəlləsində axşam saatlarında mövlud mərasiminə qatılan qonaqlara toyuqlu plov süfrəsi açılıb.

Dini mərasimdən az sonra əksəriyyəti qadın olan qonaqlar ürəkbulanma, qusma və mədə sancılarından şikayətlənərək xəstəxanaya çatdırılıb.