Çaylarda sululuq səviyyəsi dəyişib


Digərləri 10 Noy 2019 09:22:00 228 0

Çaylarda sululuq səviyyəsi dəyişib

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 20-30 faizini təşkil edib.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, noyabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 144 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 77 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 163 m3/s olmaqla, ongünlük normaya yaxın olub.

Noyabrın 8-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 104 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 123 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 62 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Noyabrın 8-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 64 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 82 m3/s təşkil etməklə ongünlük normadan çox olub.