"Tehran nüvə silahı əldə etməyə çalışmayacaq"


Dünya 10 Noy 2019 09:28:00 291 0

"Tehran nüvə silahı əldə etməyə çalışmayacaq"

İran heç bir halda nüvə silahı istehsal və ya əldə etməyəcək.

Son.az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirinin müavini Abbas Araqçı bildirib.

A. Araqçı deyib: "Əslində, Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) müddəti yoxdur. İranın nüvə silahı əldə etməyə səy göstərməmə öhdəliyi daimidir, bu, BHFP-nin ən birinci bəndində deyilir. Bənddə bildirilir ki, İran heç bir halda nüvə silahını istehsal və ya əldə etməyəcəyini təsdiq edir".