Kataloniyanın müstəqilliyinin tərəfdarları seçkilər ərəfəsində nümayişlər keçiriblər


Dünya 10 Noy 2019 09:16:00 250 0

Kataloniyanın müstəqilliyinin tərəfdarları seçkilər ərəfəsində nümayişlər keçiriblər

Noyabrın 10-da İspaniyada keçiriləcək ümumi seçkilər ərəfəsində Kataloniyanın müstəqilliyinin tərəfdarları mitinqlər və yürüşlər keçiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, nümayişlər bölgənin ölkənin tərkibindən çıxmağını istəyən hərəkatlar tərəfindən təşkil olunub.

"Demokratik Sunami" təşkilatı Kataloniyanın müxtəlif şəhərlərində 300-ə yaxın aksiya təşkil etdiklərini açıqlayıblar. Həmçinin, seçkilərdən əvvəl Barselonada konsert təşkil edilib.