Türkiyə və ABŞ Suriyadakı son vəziyyəti müzakirə edib


Digərləri 10 Noy 2019 09:05:00 273 0

Türkiyə və ABŞ Suriyadakı son vəziyyəti müzakirə edib

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İstanbulda ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və ABŞ-ın ölkədəki səfiri Devid Saterfild ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, görüş İstanbulun Dolmabahçe rayonunda, mətbuata qapalı şəkildə keçirilib və bir saat yarım davam edib.

Görüşdə Suriyadakı son hadisələr və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də baş tutacaq ABŞ-a səfərinin detalları müzakirə edilib.

BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində Suriya Konstitusiya Komitəsinin işinin sürətlə başa çatmasının və Suriyada şəffaf, ədalətli və azad seçkilərin keçirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.