Azərbaycan Nayrobi Sammitində iştirak edəcək


Digərləri 10 Noy 2019 09:00:00 229 0

Azərbaycan Nayrobi Sammitində iştirak edəcək

Məlahət İbrahimqızı Nayrobi Sammitində iştirak etmək üçün noyabrın 10-da Keniya Respublikasının paytaxtı Nayrobi şəhərinə səfərə gedəcək.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Əhali və inkişaf üzrə Beynəlxalq konfans 25” (İCPD 25)” : Vədlərin sürətləndirilməsi mövzusunda Nayrobi Sammitində iştirak etmək üçün noyabrın 10-da Keniya Respublikasının paytaxtı Nayrobi şəhərinə səfərə gedəcək. Bu barədə Milli Məclisin Mətbuat xidmətindən Trend-ə məlumat verilib. Tədbirdə Avropa Parlamentinin və İcraiyyə Komitəsinin 2019-2020-ci illər üçün iş proqramı, Avropa və beynəlxalq aləmdə cinsi, reproduktiv sağlamlıq, hüquqların inkişafında mövcud problemlər, uğurlar və diqər aktual mövzular müzakirə olunacaq. Toplantıda Avropa parlament forumunun icra komitəsinə seçkilər keçiriləcək. Millət vəkili mövzularla bağlı öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək. Səfər noyabrın 16-da başa çatacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin