Boliviyada etirazlarda 383 nəfər xəsarət alıb


Digərləri 10 Noy 2019 07:14:00 218 0

Boliviyada etirazlarda 383 nəfər xəsarət alıb

Boliviyada Evo Moralesin prezident seçkilərindəki qələbəsindən sonra başlayan etiraz aksiyalarında 19 gün əzində 380-dən çox insan xəsarət alıb

Bakı. Boliviyada Evo Moralesin prezident seçkilərindəki qələbəsindən sonra başlayan etiraz aksiyalarında 19 gün əzində 380-dən çox insan xəsarət alıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, etirazlar oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində səslərin sayılmasından sonra başlayıb və bu günə qədər davam edir. Ombudsmanın hesablamalarına görə, 21 oktyabr - 8 noyabr tarixləri arasında, Boliviyanın müxtəlif şəhərlərində 383 nəfər - 325 kişi və 58 qadın xəsarət alıb. (adsgarden = window.adsgarden || []).push({}); Malumatda bildirilir ki, etirazlar başlayandan polis 195 nəfəri saxlayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin