Kataloniyanın müstəqilliyinin tərəfdarları İspaniyada seçkilər ərəfəsində nümayişlər keçiriblər


Digərləri 10 Noy 2019 04:15:00 208 0

Kataloniyanın müstəqilliyinin tərəfdarları İspaniyada seçkilər ərəfəsində nümayişlər keçiriblər

Noyabrın 10-da İspaniyada keçiriləcək ümumi seçkilər ərəfəsində Kataloniyanın müstəqilliyinin tərəfdarları mitinqlər və yürüşlər keçiriblər

Bakı. Noyabrın 10-da İspaniyada keçiriləcək ümumi seçkilər ərəfəsində Kataloniyanın müstəqilliyinin tərəfdarları mitinqlər və yürüşlər keçiriblər. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, nümayişlər bölgənin ölkənin tərkibindən çıxmağını istəyən hərəkatlar tərəfindən təşkil olunub. "Demokratik Sunami" təşkilatı Kataloniyanın müxtəlif şəhərlərində 300-ə yaxın aksiya təşkil etdiklərini açıqlayıblar. Həmçinin, seçkilərdən əvvəl Barselonada konsert təşkil edilib. (adsgarden = window.adsgarden || []).push({}); Kataloniya polisinin "Twitter" səhifəsində yerləşdirdiyi məlumata əsasən, bəzi etirazçılar polislərə daş və digər ağır əşyalar atıblar. Hal hazırda şəhərin bir neçə küçəsi bağlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin