"Mənə görə, xoşbəxtlik bu qədər sadədir..."


Digərləri 10 Noy 2019 02:30:00 295 0

"Mənə görə, xoşbəxtlik bu qədər sadədir..."

Hande Erçel: "Kiçik bir şəhərdə böyüməyimə baxmayaraq, böyük arzularım vardı"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir. 

Son illər Türkiyədə çəkildiyi serialla məşhur olan, ulduzu parıldayan sənətçilər kifayət qədədir. Onlardan biri də Hande Erçeldir. Türkiyə kino sənayesinin yeni siması kimi təqdim olunan aktrisanı daha çox "Güneşin kızları", "Aşk laftan anlamaz", "Siyah inci", "Halka" seriallarından daha yaxşı tanıyırıq. İndi isə Türkiyədə, eləcə də Azərbaycanda da kifayət qədər tanınan aktrisa gündəm yaratmağa iddialı olan "Əzizə" serialına çəkilir. Serialda baş qəhrəmanı - Əzizəni canlandıran aktrisa türk mətbuatına müsahibə verib. "Elele" jurnalına danışan H.Erçel, ən böyük arzusunu - aktrisa olmaq istəyini reallaşdırdıqdan sonra qarşısına, sadəcə, səviyyəli və keyfiyyətli layihələrdə yer almağı hədəf qoyduğunu bildirib.    - Hande xanım, hansı istəklə aktyor olmaq qərarına gəldiniz? Verdiyiniz bu qərardan nə qədər razısınız?

- Səhnədə olmaq arzum hər zaman vardı. Özümü tanıyandan hər işdə öndə olmağı sevmişəm. Uşaqlığım bu xüsusiyyətimlə şəkillənib. Aktyor olmaqdan başqa ayrı bir sənət tapmadım, çünki elə uşaqlıq istəyim məhz incəsənət sahəsi idi. Ən yaxşı bacardığım iş isə aktrisalıqdır. Təhsil alacağım məktəbi belə, özüm seçdim. Çünki orada sənət dərsləri daha çox keçirilirdi. Daha sonra aktrisa olmaq qərarına gəldim.

- Tanınmağın astanasında olduğunuz və aktrisalığa başladığınız o dönəmləri necə xatırlayırsınız? Hansı hissləri keçirirdiniz?

- Açığı, adımın, soyadımın tanınmasından başqa, özümlə bağlı böyük hədəflərim vardı. İnsanların ilham qaynağı olmaq istəyirdim. Kiçik bir şəhərdə böyüməyimə baxmayaraq, böyük arzularım vardı. "Əlindəki ilə kifayətlən" söylənilən qadınlara "daha artığını bacara bilərsiniz" demək istəyirəm. Sənətimin gətirdiyi şanı-şöhrəti əvvəllər necə dəyərləndirəcəyimi bilmirdim. Qarşıma məqsəd qoymalıydım və nəhayət bu məqsədin nə olduğunu qərarlaşdırdım. O qərarla addımladım və indi öz məqsədimdən zövq alıram. Bir müddət sonra necə göründüyümü deyil, nələr etdiyimi, hansı böyük layihələrdə yer aldığımı, var olduğum gücün fərqinə vardım. İnancımı və enerjimi bütünlüklə buna sərf etmişəm.    - Gələcəkdə necə xatırlanmaq və tamaşaçının yaddaşında necə qalmaq istəyirsiniz?

- Geriyə dönüb baxanda mənimlə birlikdə addımlayan insanları yanımda görmək istəyirəm. Fərqli insanları birldəşdirən, fərqli düşünən insanları bir araya toplamaq niyyətindəyəm. Bu gün necə ayaq üstəyəmsə, zamanı gələndə də bütün çətinlikləri gülərək qarşılamaq arzusundayam.    - Aktrisalığın sizə qazandırdığı ən böyük özəllikləri nələrdir?

- İstəyirəm ki, edə biləcəyim hər şeyin ən yaxşısını edim. İçimdə nə qədər qadın xarakteri varsa, bir-bir onları oynamaq düşüncəsi məni çox həyəcanlandırır.  

- Böyük bir kütlə tərəfindən sevilirsiniz. Bu, necə bir hissdir?

- Tamaşaçıların sevgisini hər zaman hiss etmişəm. Sanki bu sənətə gəldiyim ilk gündən onlar mənimlə birlikdə böyüyüb. Bir çoxu müxtəlif sənət sahibi olublar, iş həyatına başlayıblar, ancaq buna baxmayaraq, məni izləməkdən imtina etməyiblər. Hər addımımda yanımdadırlar. Onların nəzarətindən kənarda qalmaq istəmirəm. Əllərini üzərimdən heç çəkməsinlər, çünki mənə gözəl hisslər bəxş edirlər. 

- Yeni serial "Əzizə" gələn həftə efirlərdə olacaq. Bu dəfə tamaşaçı hansı Hande ilə qarşılaşacaq?

- Son zamanlar rol aldığım seriallarda  güclü və həyatında böyük dəyişiklik yaradan qadınları oynamışam. Onlardan biri də Əzizədir. Başına gələn bütün çətinliklərə müqavimət göstərən, özünü tanıyan bir xarakterdir. Təbii ki, çox güclü tərəfi də var. 

- Ssenaridə sizi özünə cəlb edən hansı cəhətlər oldu?

- Ssenarinin ilk iki bölümünü nəfəs almadan oxudum. Açığı, ssenarini oxuyarkən "Görəsən indi nə olacaq?" duyğusu məni rahat buraxmırdı. Əzizənin başına gələn hekayə, mənə, "bu işdə mütləq mən olmalıyam" dedirtdi. Əzizənin hekayəsindəki maraq duyğusu məni çox həyəcənlandırır. 

- Gözlərinizdəki işıltı, enerji və tamaşaçının diqqətini çəkən o məsum baxışlar ən çox nədən qaynaqlanır?

- İnsanlara öz enerjimi ötürürəm. Hər zaman, bircə dəfə gülümsəməyin hər şeyi dəyişdirə biləcəyinə inanmışam. Belə də olduğuna əminəm. Deyə bilmərəm ki, möhtəşəm uşaqlıq keçirmişəm, amma çox möhtəşəm valideynlərə sahib olmuşam. Heç bir pis niyyəti olmayan, pislikdən uzaq olan, danışıb gülməyi sevən insanların arasında böyümüşəm.    - Özünüzü beş kəlmə ilə necə tərif edərdiniz?

- Mənə görə, insan özü üçün nə qədər gözəl sözlər desə, azdır. Ancaq özümü bir neçə fikirlə təsvir etməliyəmsə, çox sakit, səbrliyəm. Müxtəlif duyğuların daşıyıcısıyam. Mənə görə, bu duyğular, sadəcə, zamana və məkana görə dəyişir. 

(adsgarden = window.adsgarden || []).push({});