Ukrayna təyyarəsi Şarm əlŞeyxdə eniş edərkən şassisi alışıb


Dünya 09 Noy 2019 23:46:00 337 0

Ukrayna təyyarəsi Şarm əlŞeyxdə eniş edərkən şassisi alışıb

Ukraynadan uçan təyyarənin şassisi Misirin kurort şəhəri Şarm əş-Şeyxin hava limanına eniş edərkən alışıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Misir Mülki Aviasiya Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hidravlik sistemindən yağ sızması nəticəsində Zaporojyedən gələn təyyarənin şassisinin şini eniş etdikdən sonra alışıb.

Hava limanının xilasetmə xidmətlərinin operativ tədbirləri sayəsində yanğın tezliklə söndürülüb və fəlakətin qarşısı alınıb.