Ukrayna təyyarəsi Şarm əl-Şeyxdə eniş edərkən şassisi alışıb


Digərləri 09 Noy 2019 23:43:24 334 0

Ukrayna təyyarəsi Şarm əl-Şeyxdə eniş edərkən şassisi alışıb

Ukraynadan uçan təyyarənin şassisi Misirin kurort şəhəri Şarm əş-Şeyxin hava limanına eniş edərkən alışıb

Bakı. Ukraynadan uçan təyyarənin şassisi Misirin kurort şəhəri Şarm əş-Şeyxin hava limanına eniş edərkən alışıb. Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Misir Mülki Aviasiya Nazirliyi məlumat yayıb. Məlumata əsasən, hidravlik sistemindən yağ sızması nəticəsində Zaporojyedən gələn təyyarənin şassisinin şini eniş etdikdən sonra alışıb. Hava limanının xilasetmə xidmətlərinin operativ tədbirləri sayəsində yanğın tezliklə söndürülüb və fəlakətin qarşısı alınıb. (adsgarden = window.adsgarden || []).push({}); Bütün sərnişinlər və heyət üzvləri təxliyə edilib, xəsarət alan olmayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin