Bu Motorola smartfonları ilk olaraq Android 10 alacaq


Digərləri 09 Noy 2019 23:10:00 329 0

Bu Motorola smartfonları ilk olaraq Android 10 alacaq

Motorola One Zoom və Moto Z4 tezliklə yenilənəcək

Hazırda Motorola birkristallı Snapdragon 675 sistemi əsasında çalışan iki telefon buraxıb. Bunlar arxasında düzbucaqlı bloku olan Motorola One Zoom və Moto Mods-u dəstəkləyən Moto Z4-dür.

Son.az ted.az-a istinadən bildirir ki, hər iki cihaz Android Pie əməliyyat sistemi ilə qutudan çıxarılıb, lakin indi onlar Android 10 ƏS ilə Wi-Fi Alliance internet saytında peyda olublar ki, bu da müvafiq yeniləmənin tezliklə çıxacağını göstərir.

Motorola One Zoom,  XT2010-1 model nömrəsinə malikdir, Moto Z4 isə XT1980-4 nömrəsi altında keçir. Böyük bir ehtimalla, məhz onlar Motorola-nın yeni Android 10 əməliyyat sisteminə malik ilk iki telefonu olacaq.

(adsgarden = window.adsgarden || []).push({});