Tvitterin keçmiş əməkdaşları Səudiyyə Ərəbistanına casusluqda ittiham olunur


Digərləri 09 Noy 2019 23:20:00 331 0

Tvitterin keçmiş əməkdaşları Səudiyyə Ərəbistanına casusluqda ittiham olunur

Tvitterin keçmiş əməkdaşı - Ahmad Abouammo və Ali Alzabarah Səudiyyə Ərəbistanına casusluq etməkdə ittiham olunur.

Son.az BBC-yə istinadla xəbər verir ki, ABŞ-ın San Francisco ştatının məhkəməsi Tvitterin sabiq işçilərini bəzi istifadəçilərin şəxsi məlumatlarını pul qarşılığında Səudiyyə hökümətinə ötürməkdə ittiham edir. İstintaq sənədində göstərilir ki, məlumatların ötürüldüyü şəxslər sırasında Səudiyyə hökümətinə müxalif olanlar da var.

Bundan başqa, Səudiyyə Kral ailəsi üçün işlədiyini bəyan edən Səudiyyə Ərəbistanı vətəndaşı Ahmed Almutairiyə də eyni ittiham verilib. O, Tvitterin keçmiş əməkdaşları ilə Riyad arasında əlaqələri təşkil etməkdə gunahladırılıb.

Çərşənbə günü Seattle şəhərində keçirilən məhkəmənin qərarı ilə A.Abouammo "qaçmaq təhlükəsi"nə görə həbsdə qalıb. Məhkəmə cümə günü davam edəcək.

ABŞ Xarici İşlər Nazirliyi digər iki nəfərin Səudiyyə Ərəbistanında olduğunu bildirib.

A.Abouammo sənəd saxtalaşdırmada və Amerika Deferal Təhqiqat Bürosuna (FTB) yalan məlumat verməkdə ittiham olunub.

A.Abouammonun Tvitter şirkətindəki işindən 2015-ci ilə çıxdığı bildirilib.

(adsgarden = window.adsgarden || []).push({});