Dünyada ilk dəfə həkimlər robot vasitəsilə insan beynində əməliyyat keçirtdilər VİDEO


Digərləri 09 Noy 2019 22:15:00 407 0

Dünyada ilk dəfə həkimlər robot vasitəsilə insan beynində əməliyyat keçirtdilər  VİDEO

Tibb sahəsində robotlar birinci il deyil ki, istifadə olunurlar. Lakin buna baxmayaraq onların növləri və funksiyaları günü-gündən artmaqda davam edir. Hələ bir neçə müddət bundan öncə robot vasitəsilə bir pasientin ürəyində uzaq məsafədən əməliyyat reallaşdırılmışdı. İndi isə həkimlər robot vasitəsilə bir pasientin beynində əməliyyat reallaşdırıblar. Beyin əməliyyatı isə daha yüksək dəqiqliyi tələb edir. Bu barədə Digitaltrends saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, pasientin beynindən anevrizmin aradan qaldırılması üzrə əməliyyat Kanadada cərrah Vitor Mendes Pereira tərəfindən keçirilib. O, əməliyyat zamanı CorPath GRX adlı ikinci nəsil robotlaşdırılmış əldən istifadə edib. Bu robotlaşdırılmış əl millimetr dəqiqliklə çalışmaq özəlliyinə sahibdir və həmin robotu sensorlu panel və ya joystick ilə idarə etmək mümkündür.

Əməliyyat zamanı robotun barmaqlarında olmuş alətləri isə əməliyyat stolunun yanında yerləşmiş real insanlar dəyişblər. Baxmayaraq ki, robot xüsusi naqil vasitəsilə operator pultuna qoşulmuşdu, mütəxəssislər ümid edirlər ki, gələcəkdə bu cür əməliyyatları uzaq məsafədən də reallaşdırmaq mümkün olacaq. Pasient üzərində əməliyyaıtı reallaşdırmaqdan öncə Vitor Mendes Pereira ilk öncə pasientin beyninin strukturunu dəqiq şəkildə kopyalamış 3D modeldə məşqlərdən keçib.

(adsgarden = window.adsgarden || []).push({});