İdmansız və pəhrizsiz arıqlamaq –


Digərləri 09 Noy 2019 21:35:00 288 0

İdmansız və pəhrizsiz arıqlamaq –

Aylarla davam edən, üzücü dietaları unudun, ac qalmayın, idmanı da etməsəniz olar. Yetər ki, bu 5 qida qrupunu gündəlik yeyəsiz. Başqa heç nə. Sizə lazım olan bunlar və sudur. Məhz bu qrupa daxil olan qidalar, tərəvəzlər arıqlamağa kömək edir. Onları çiy, eləcə də müxtəlif cür bişirərək, qarışdıra bilərsiz.  

Son.az medicina.az-a istinadən  sizi əziyyət çəkmədən arıqladacaq qidalarınn qrupunu təqdim edir:

1.Tərəvəz və paxlalılar

Paxla dedikdə noxuddan tutmuş mərciyə kimi aiddir. Onlarda sabit nişasta var, bu da uzun müddət adamı tox saxlayır.

Tərəvəzlərdə isə yağ, piy yoxdur, əvəzinə lif, su çoxdur. O da, sizi arıqladacaq. Sarı, yaşıl, qırmızı tərəvəzlərdan salat edin, bura lobya və ya mərci qatın. Paxlalıları bişirməzdən əvvəl islağa qoyun, bu köp yaranmasının qarşısını alacaq. Tərəvəzləri yağsız, qrildə bişirin.

Salatlara mayonez yox, sirkə, limon suyu və ya zeytun yağı qatın. Ədviyyatı, sarımsağı, istiotu bol edə bilərsiz, piyləri əridər.

2.Taxıllar

Bərk buğdadan makaron növləri seçin. Onlar bağırsaqların mikrobiotunu yaxşılaşdırır. Səhərlər yulaf yarması sıyığı, üzərində çərəz və ya giləmeyvə ilə yeyin. Eləcə də qara düyü, bulğur, kuskus yeyə bilərsiz.

(adsgarden = window.adsgarden || []).push({});