İnsan özü günah etdiyi halda, başqalarını həmin günahdan çəkindirə bilərmi?


Digərləri 09 Noy 2019 21:40:00 247 0

İnsan özü günah etdiyi halda, başqalarını həmin günahdan çəkindirə bilərmi?

İnsanları yaxşı işlərə çağırıb pis işlərdən çəkindirmək - yəni əmr bil-məruf və nəhy ənil-münkər etmək müəyyən şərtlər daxilində hər kəsin borcudur. Bir insanın pis yolda olduğunu görürüksə, onu bu yoldan qaytarmağa çalışmalıyıq (Əgər onun bizə qulaq asacağına ümid ediriksə vu bu işin bizə ziyanı yoxdursa). İnsanın özü bir günahı etsə belə, başqalarına nəsihət verə bilər. Hətta keçmişdə yol verdiyi, sonra tövbə etdiyi günahın acı nəticələrini o adama ibrət kimi göstərə də bilər. Amma bunu da unutmayaq ki, insan öz nəsihətinin faydalı olmasını istəyirsə, ilk növbədə özü həmin nəsihətə əməl etməlidir. Əks halda, camaat onun sözünü ciddiyə almaz və bu nəsihət faydasız qalar.

(adsgarden = window.adsgarden || []).push({});