İsmayıllı rayonunda 3 otaqlı ev yanıb


Digərləri 09 Noy 2019 21:04:00 272 0

İsmayıllı rayonunda 3 otaqlı ev yanıb

İsmayıllıda yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, rayonun Kürd Eldarbəyli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.