Təqlid edilən müctəhid mütləq risalə və ya başqa bir şəriət kitabı yazmalıdırmı?


Digərləri 09 Noy 2019 20:50:00 375 0

Təqlid edilən müctəhid mütləq risalə və ya başqa bir şəriət kitabı yazmalıdırmı?

Belə bir fikir formalaşıb ki, təqlid edilən müctəhid (mərceyi-təqlid) mütləq risalə yazmalıdır və risaləsi olmayan müctəhidə təqlid olunmaz. Bu fikir yanlışdır. Əlbəttə, müctəhidin öz fətvalarını hər hansı yolla bəyan etməsinə ehtiyac vardır. Lakin bunu mütləq ayrıca kitab (risalə) şəklində yazması vacib deyil. Risalə müqəllidlərin işini asanlaşdırır. Mövzular üzrə bölünmüş və asan dil ilə qələmə alınmış risalədən istifadə etmək çox rahatdır. Lakin müctəhid öz rəylərini ayrı-ayrı fətvalar şəklində də elan edə bilər. Tarixdə bir çox mərceyi-təqlidlər özləri müstəqil risalə tərtib etməmiş, əvvəlki müctəhidlərin məşhur risalələrinə haşiyə yazmışlar. Bu fakt onların öz zəmanələrində ən məşhur mərceyi-təqlid kimi tanınmasına və milyonlarla insanın onlara təqlid etməsinə mane olmamışdır. Hazırda da müstəqil risalə müəllifi olmayan elə mərceyi-təqlidlər var ki, onların rəyləri fətva toplusu şəklində nəşr edilib.

(adsgarden = window.adsgarden || []).push({});