"İlham Əliyev. İnkişaf məqsədimizdir" çoxcildliyinin 91ci kitabı çapdan çıxıb


Siyasət 09 Noy 2019 20:22:00 65 0

"İlham Əliyev. İnkişaf  məqsədimizdir" çoxcildliyinin 91ci kitabı çapdan çıxıb

Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə olaraq sözdə deyil. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olub. İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapıb. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapıbdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 91-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində söyləyib.

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin noyabr ayından 2019-cu ilin yanvar ayınadək olan dövrü əhatə edir.

Çoxcildliyin 91-ci kitabında Prezident İlham Əliyevin Belarus və Türkmənistan respublikalarına, Rusiya Federasiyasına rəsmi və işgüzar səfərləri çərçivəsində keçirdiyi görüşlər, habelə imzalanan sənədlər haqqında informasiyalar, dövlət başçılarının mətbuata birgə bəyanatlarının mətnləri yer alıb. Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran, ABŞ və digər dövlətlərin, NATO-nun yüksəkvəzifəli nümayəndələrini qəbul etməsinə dair informasiyalar verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin paytaxtımızda iqtisadi, sosial, mədəni infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakına, XXIV Azərbaycan Beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisi - "BakuTel-2018" ilə tanışlığına dair materiallarla, "Rossiya-24" televiziya kanalına müsahibələrinin mətnləri ilə də tanış ola bilər.

Nəşrdə dövlətimizin başçısının Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə respublikanın ədliyyə işçilərinə və hakimlərə, Azərbaycan müəllimlərinin XV qurultayının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının iştirakçılarına məktubları, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına, Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbriklərinin mətnləri və digər məktublar toplanıb.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 91-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Nissan Terra yolsuzluq avtomobilinin satışı başlayıb like
  • 09 Noy 20:20  
Digərləri Nissan Terra yolsuzluq avtomobilinin satışı başlayıb

Cəmi bir neçə gün əvvəl Yaponiyanın yenilənmiş Nissan Terra yolsuzluq a

arrow Ətraflı
SpaceX şirkəti yeni kosmik rekorda imza atmağa hazırlaşır like
  • 09 Noy 20:15  
Digərləri SpaceX şirkəti yeni kosmik rekorda imza atmağa hazırlaşır

SpaceX şirkətinin sonuncu dəfə kosmosa raket göndərməsindən artıq 3 ay

arrow Ətraflı
Qobustanda mağazadan pul və telefon oğurlayan şəxs tutulub like
  • 09 Noy 20:13  
Digərləri Qobustanda mağazadan pul və telefon oğurlayan şəxs tutulub

Qobustanda mağazadan pul və telefon oğurlayan şəxs tutulub.

arrow Ətraflı
Bu platformanın izləyici sayı 660 milyona çatdı like
  • 09 Noy 20:10  
Digərləri Bu platformanın izləyici sayı 660 milyona çatdı

Dünyada miqyasında "LinkedIn" platformasının istifadəçi sayı 66

arrow Ətraflı
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb like
  • 09 Noy 20:06  
Digərləri "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə

arrow Ətraflı
Lightyear One aerodinamika çempionu olub  FOTO like
  • 09 Noy 20:01  
Digərləri Lightyear One aerodinamika çempionu olub FOTO

Niderlandda hazırlanmış Lightyear One elektrokarı çox kiçik aerodinamik m

arrow Ətraflı
Hörümçək torları niyə tez çürümür? like
  • 09 Noy 19:55  
Digərləri Hörümçək torları niyə tez çürümür?

Bir çox insanda fobiya yaradan hörümçəklərin buraxdığı torlar niyə bu

arrow Ətraflı
Qobustanda mağazadan pul və telefon oğurlayan şəxs tutulub like
  • 09 Noy 19:48  
Digərləri Qobustanda mağazadan pul və telefon oğurlayan şəxs tutulub

Qobustanda mağazadan pul və telefon oğurlayan şəxs tutulub

arrow Ətraflı
Uber, 2019cu ilin üçüncü rübündə 1,1 milyard dollar itirdi like
  • 09 Noy 19:45  
Digərləri Uber, 2019cu ilin üçüncü rübündə 1,1 milyard dollar itirdi

San-Fransiskoda yerləşən Uber nəqliyyat şirkəti 2019-cu ilin üçüncü r

arrow Ətraflı
İraqda daha 10 nümayişçi öldürülüb like
  • 09 Noy 19:43  
Dünya İraqda daha 10 nümayişçi öldürülüb

İraqın təhlükəsizlik qüvvələri paytaxt Bağdadda azı 6, Bəsrədə isə

arrow Ətraflı
Ərdoğan: "Digər ölkələr nə qədər ki Suriyadadır, biz də oradan çıxmayacağıq like
  • 09 Noy 19:42  
Dünya Ərdoğan: "Digər ölkələr nə qədər ki Suriyadadır, biz də oradan çıxmayacağıq

Türkiyə kürd YPG döyüşçülərini sərhədlərindən qovmaq və 2 milyon s

arrow Ətraflı
Himalay Kəşmirində yağan güclü qar 3 nəfərin ölümünə səbəb olub like
  • 09 Noy 19:41  
Dünya Himalay Kəşmirində yağan güclü qar 3 nəfərin ölümünə səbəb olub

Rəsmilər Himalay Kəşmirində yağan güclü qarın 3 nəfərin ölümünə s

arrow Ətraflı
İnternet şəbəkədə Oppo Reno 3 smartfonunun bəzi xüsusiyyətləri açıqlanıb like
  • 09 Noy 19:40  
Digərləri İnternet şəbəkədə Oppo Reno 3 smartfonunun bəzi xüsusiyyətləri açıqlanıb

Nüfuzlu hind şəbəkə xəbərçisi Mukul Şarma Oppo şirkətinin yeni smartf

arrow Ətraflı
Milyarderlərin sərvəti azalıb like
  • 09 Noy 19:39  
Digərləri Milyarderlərin sərvəti azalıb

Dünyanın ən varlı adamlarının sərvəti bir qədər azalıb. UBS və PwC-n

arrow Ətraflı