Hörümçək torları niyə tez çürümür?


Digərləri 09 Noy 2019 19:55:00 325 0

Hörümçək torları niyə tez çürümür?

Bir çox insanda fobiya yaradan hörümçəklərin buraxdığı torlar niyə bu qədər uzun müddət boyunca çürümür?

Aparılan yeni araşdırma, hörümçək torlarının çürümədən uzun bir müddət boyunca necə dayana bildiyini göstərdi.

Təbii ki, hörümçək torlarının da bir ömürü var. Ancaq sahib olduqları həyat ömürü olduqca uzundur.

Bu yerdə ağılımıza bir sual gəlir. Uzun bir ömürə sahib olan hörümçək torları necə olur da bu qədər dözə bilir? Əslində hörümçək torları, hörümçək növünə görə dəyişiklik göstərərək saatla ya da həftələrlə ölçülə bilən ömürə sahibdir. Bunu təmin edən faktor, çürüməyə səbəb olan bakteriyaların hörümçək ipindəki azota asanca çata bilməz olmasından qaynaqlanır.

Azot, bakteriyaların ümumiyyətlə həm böyümə, həm də artma üçün istifadə etdiyi bir qidadır. Bakteriyaların bu qidaya çata bilməmələri də hörümçək torlarına bir növ saxta antimikrob xüsusiyyət qazandırır. Mütəxəssislər bildirirlər ki, daha əvvəl aparılan bir araşdırma, hörümçək torlarının bakteriyaları tamamilə yox edə biləcəyini göstərdi. Ancaq 23 oktyabrda Experimental Biology tərəfindən nəşr olunan xəbərə görə, hörümçəklər, bakteriyaları öldürmək yerinə müqavimət strategiyasını tətbiq edir.

(adsgarden = window.adsgarden || []).push({});