Himalay Kəşmirində yağan güclü qar 3 nəfərin ölümünə səbəb olub


Dünya 09 Noy 2019 19:41:00 294 0

Himalay Kəşmirində yağan güclü qar 3 nəfərin ölümünə səbəb olub

Rəsmilər Himalay Kəşmirində yağan güclü qarın 3 nəfərin ölümünə səbəb olduğunu və regionu iflic vəziyyətinə saldığını bildirib.

Güclü qar bu mübahisəli bölgədə yolları bağlayıb, elektrik xətlərini sıradan çıxarıb və gərginliyə səbəb olub.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Mülki Məsələlər İdarəsindən Bəsər Xan Hindistan ordusu ilə işləyən iki gözətçinin Pakistanın nəzarətində olan Kəşmirlə həmsərhəd Kupvara bölgəsində dərin bir dərəyə düşdüyünü bildirib. O, cəsədlərin çıxarılması üçün səylərin davam etdiyini deyib.

Rəsmilər elektrik şəbəkəsində işləyən başqa bir nəfərin bölgənin əsas şəhəri Srinagarda kəsilmiş elektrik enerjisini bərpa etməyə çalışarkən dirəkdən düşərək öldüyünü bildirib.

Qar bölgə iqtisadiyyatının əsas dayağı olan alma ağaclarına böyük zərər vurub.