Ərdoğan: "Digər ölkələr nə qədər ki Suriyadadır, biz də oradan çıxmayacağıq


Dünya 09 Noy 2019 19:42:00 278 0

Ərdoğan: "Digər ölkələr nə qədər ki Suriyadadır, biz də oradan çıxmayacağıq

Türkiyə kürd YPG döyüşçülərini sərhədlərindən qovmaq və 2 milyon suriyalı qaçqını yerləşdirmək məqsədilə "təhlükəsizlik zonası" yaratmaq üçün ötən ay Suriyanın şimal-şərqinə üçüncü dəfə hücum edib.

Sərhəd boyunca 120 kilometr ərazini ələ keçirdikdən sonra Türkiyə kürd döyüşçülərini həmin ərazidən uzaqda saxlamaq üçün Birləşmiş Ştatlar və Rusiya ilə razılıq əldə edib.

Macarıstandan vətəninə qayıdarkən jurnalistlərlə görüşən Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyada hücumunu bütün silahlılar ərazini tərk etməyənə qədər davam edəcəyini bir daha təkrar edib.