İraqda daha 10 nümayişçi öldürülüb


Dünya 09 Noy 2019 19:43:00 284 0

İraqda daha 10 nümayişçi öldürülüb

İraqın təhlükəsizlik qüvvələri paytaxt Bağdadda azı 6, Bəsrədə isə 4 etirazçını güllələyib. Hökumətə qarşı etirazlar səngimək bilmir. Etirazçılar siyasi elitanın istefasını tələb edir.

Cümə axşamı günü Bağdadda barrikadaları dağıdıb şəhərin mərkəzinə yürüş etmək istəyən nümayişçilərdən 4-ü güllə atəşi nəticəsində həlak olub.

Etirazçılar hökumət binaları və xarici səfirliklərin yerləşdiyi Yaşıl Zonaya getməyə cəhd edib.