Evdə uşaqlardan valideynə keçən 5 xəstəlik –


Digərləri 09 Noy 2019 19:35:00 288 0

Evdə uşaqlardan valideynə keçən 5 xəstəlik –

Ailədə övladınızdan sizə keçəcək bir sıra xəstəliklər var ki, istər-istəməz onlar qarşısında müdafiəsizsiz. Özü də bu xəstəlikləri uşaq nə qədər ayaqüstü, yüngül keçirirsə, böyüklər daha ağır keçirib yatağa belə düşürlər.

Son.az medicina.az-a istinadən  balaca uşaqlardan valideynə ən çox keçən 5 xəstəliyi və bu hallarda nə etməli olduğunuzu təqdim edir:

1.Qızılca

Hava-damcı yolu ilə keçir. Əgər evdə uşaq qıcılca çıxarıbsa, qapı dəstəyi ilə belə digər ailə üzvlərinə keçə bilər. Qızılca olan uşaq ilk 4 gündə yoluxdurucu təhlükəli olur.

Uşaqlarda qrip kimi başlayır, 10 gün ərzində bədən səpir. Əgər ağırlaşma olmasa və ya uşağın immuniteti mübarizə aparsa, müalicə edilməsə belə, sadəcə yataq rejimində olmaqla qızılca 10 -12 gün ərzində özü keçir. Daha çox südəmər körpələr və 5 yaşa kimi uşaqlar təhlükə altındadır və ağır keçirir.

Böyüklərə keçərsə:

Peyvənd olunmamış, uşaqlıqda bu xəstəliyi keçirməmiş valideynlər asanlıqla yoluxur. Simptomları uşaqlarla eyni, amma daha kəskindir. Böyüklərdə qızılcadan sonra otit, pnevmoniya, laringit, ensefalit kimi ağırlaşmalar olur.

Müdafiə yolu peyvənd olunmaqdır. Körpələr 12 aylıqda qızılca peyvəndi olunur. Yaxşı olar ki, siz də övladınızla bərabər peyvənd olunasız.

2.İnfeksion eritema

Bu xəstəlik daha çox 10 yaşa kimi uşaqlarda olur. Hava yolu ilə yayılır. Yay, qış sonu aktivdir. Uşaqlarda qrip kimi başlayır, boğazı, başı ağrıyır, burnu axır. 3 gün sonra xarakterik qırmızı allergikə bənzər səpki olur. Xüsusən yanaqları sanki alışıb yanır. Mülaicə olunmasa belə 2 həftəyə keçib gedir.

Böyüklərdə necə keçir:

Onlar nadir halda səpir. Əvəzində bütün sümüklər, oynaqlar, bilək, dizlər ağrıyır. Ağrı revmatizmə bənzəyir. Zəif immunitetli, hamilələr, anemiyası olanlar çox ağır keçirir, çünki virus eritrositlərin böyüməsini əngəlləyir.

Bu xəstəliyə qarşı vaksin yoxdur. Sadəcə uşağı və özünüzü digərlərindən yoluxmaqdan qoruyun.  Maska taxın, xəstə olanda evdə qalın, tez-tez uşağın və özünüzün əllərini yuyun.

3.Məxmərək

Qırmızı məxmərək hava-damcı yolu ilə keçir. Uşağı qucağınıza almaq kifayətdir ki, yoluxasız. Qızılca ilə səhv salınır, amma daha yüngüldür. Uşaqlarda yüngül soyuqdəymə, halsızlıqla başlayır, gözlər qızarır, boyun limfa düyünləri şişir. 2-3 gün sonra üz və boyunda qırmızı səpki olur və getdikcə bədənə yayılır. Sonra da gəldiyi istiqamətdə geri çəkilir. Uşaq bəzən ayaqüstə keçirir.

Böyüklərdə necə keçir:

Simptomlar daha ağır olur, oynaqlar ağrıdan dağılır. Baş ağrıları olur. Qulaq infeksiyası baş verir. Hamilə tutularsa döldə qüsur ola bilər.

(adsgarden = window.adsgarden || []).push({});