Ukraynada oliqarxların təsiri azalır


Dünya 09 Noy 2019 18:54:00 243 0

Ukraynada oliqarxların təsiri azalır

Ukrayna hökumətinə oliqarxların təsiri mütəmadi olaraq azalır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş naziri Aleksey Qonçaruk öz Feysbuk səhifəsində paylaşıb.

O özünə qarşı nə Rinat Axmetov, nə də İqor Kolomoyski tərəfindən təsir göstərilmədiyini bildirib. Qonçaruk həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskinin heç bir oliqarx tərəfindən SMS-lə idarə edilmədiyini deyib.