“...Qırmızı koftalı, yaşıl tumanlı...” Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi


Kriminal 09 Noy 2019 18:24:00 489 0

“...Qırmızı koftalı, yaşıl tumanlı...”  Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi

9 noyabr Dövlət Bayrağı günüdür. Məşhur "Şuşanın dağları" mahnısının da üçrəngli bayraqla bağlılığı var.

Son.az Modern.az-a istinadən mahnının yaranması və onun yazılma tarixini sizlərə təqdim edir.

Xalq mahnısı kimi tanınan, indiyədək bir çox sənətkarlar tərəfindən ifa edilən,  Şuşanın gözəllikləri əks olunan bu mahnının ilk ifaçısı Xan Şuşinski olub. Xan Şuşinski səsinin qanadlarında təkcə dünyanı dolaşmırdı. O, eyni zamanda, Azərbaycan xalqının zəngin musiqi mədəniyyətini bütün dünyaya tanıdırdı. Buna görə də böyük nüfuz və hörmət-izzət sahibi olub. Mürəkkəb muğamların mahir bilicisi və ifaçısı olan Xan Şuşinski Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. Səsinin ahəngi zəngulələrə böyük imkanlar açıb. O, muğamların ruhuna uyğun qəzəllər seçməkdə də mahir olub.

Əsl adı İsfəndiyar Aslan oğlu Cavanşirov olan Xan Şuşinski Şuşada, musiqi  və muğam beşiyinin bünövrəsini qoymuş məşhur Cavanşirlər sülaləsinin nəsil daşıyıcılarından idi.

Xan Şuşinski təkcə muğam ustası olmayıb, o, eyni zamanda,  həm şeir yazır, həm də mahnı bəstələyirmiş. Lakin uzun müddət onun bəstələri xalq mahnısı kimi təqdim edilib. Bir çox hallarda xalq mahnısı kimi təqdim edilən "Şuşanın dağları" mahnısının sözləri də Xan əminindir. Deyilənlərə görə, o zaman mahnının sözlərinə "siyasi don" geyindirənlər tapılıb və bəstəkar-xanəndəni çək-çevirə də salıblar. Şuşanın dağlarının başının niyə dumanlı olması, bununla onun nə demək istəməsi barədə sorğu-sual, az qala, istintaq səviyyəsinədək yüksəlibmiş. Bundan yaxa qurtarmaq üçün hətta Xan Şuşinski mahnının sözlərini bilərəkdən dəyişib, "Şuşanın dağları deyil dumanlı"  şəklində də ifa edibmiş.

Şuşanın dağları başı dumanlı,

Qırmızı koftalı yaşıl tumanlı.

Bu mahnıya görə uzun müddət təqiblərə məruz qalan Xan Şuşinski Sovetlərin "milli mənəviyyatı məhvetmə" siyasəti zamanı Azərbaycanın dövlət rəmzini musiqi ilə vəsf etdi: mavi səması dumanlı, qırmızı koftaya bürünən ətəyi yaşıl Azərbaycan. Bu ideoloji mübarizənin bu gün də dinlənilən, unudulmayan nümunəsidir.

(adsgarden = window.adsgarden || []).push({});