İlahiyyat İnstitutunun heyəti Dövlət Bayrağı Günü Cocuq Mərcanlıya səfər edib (FOTO)


Digərləri 09 Noy 2019 17:30:00 41 0

İlahiyyat İnstitutunun heyəti Dövlət Bayrağı Günü Cocuq Mərcanlıya səfər edib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) heyəti 9 noyabr 2019-cu il tarixdə Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) heyəti 9 noyabr 2019-cu il tarixdə Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib. Aİİ kollektivini Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, kənd icra nümayəndəsi Atakişi Atakişiyev, Novruz Aslanov adına kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, 25 ildir Cocuq Mərcanlıda yaşayan kənd sakini Oktay Həziyev və digərləri qarşılayıb. Rektor Ceyhun Məmmədovun rəhbərliyi ilə Aİİ heyəti ilk olaraq “Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi”ni ziyarət edib, abidənin önünə əklil qoyub. İnstitut kollektivi və tələbələr daha sonra Cocuq Mərcanlıda kənd məktəb ilə tanış olublar. Heyəti məktəb şagirdləri və müəllimlər qarşılayıb. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. Ziyarət zamanı İnstitut tərəfindən orta məktəbə dərs ləvazimatları, kitablar və bir sıra zəruri avadanlıqlar hədiyyə edilib. Məktəbin direktoru Zamin Həziyev təhsil müəssisəsi, o cümlədən buradakı tədris prosesi haqqında məlumat verib, Aİİ heyətinə göstərdikləri diqqətə görə təşəkkür edib. Daha sonra Cocuq Mərcanlı Mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili, xarici və ordu quruculuğu siyasəti nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrildiyini xüsusi vurğulayıb. İnstitutun rektoru Ceyhun Məmmədov xalqımızın istiqlal mübarizəsinin və dövlətçiliyimizin rəmzi olan Azərbaycan bayrağına həsr olunan bayram günü ilə bağlı iştirakçıları təbrik edərək bildirib ki, hər bir ölkənin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olan bayraq onun dövlət atributudur. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mübarizəsinin, təfəkkür və düşüncə tərzinin ən bariz ifadəsidir. Məhz bu baxımdan, xalqımızın azadlığı, istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini, ölkənin suverenliyini və yüksəlişini tərənnüm edən üçrəngli dövlət bayrağımız hər bir vətənpərvər azərbaycanlının qürur mənbəyidir. C.Məmmədov diqqətə çatdırıb ki, hər bir Azərbaycan vətəndaşı bayrağımızın ən uca zirvələrdə dalğalanmasına öz töhfəsini verməlidir. C.Məmmədov ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla gerçəkləşdirdiyini vurğulayıb. Bildirib ki, bu siyasət nəticəsində ölkəmizin beynəlxalq siyasi nüfuzu yüksəlib, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib. Aİİ rektoru qeyd edib ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı kəndi Prezident cənab İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib. Azərbaycan xalqı ermənilərin Dağlıq Qarabağda dağıtdığı dini abidələri ürəyində yaşadır. (adsgarden = window.adsgarden || []).push({}); Gənclərə xitabən “Bayraq tariximiz, keçmişimiz, bugünümüz, müqəddəs dövlət rəmzimizdir”, – səslənən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını söyləyib. Rektor vurğulayıb ki, hazırda bu bayrağın ətrafında birləşmişik. Millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, sarsılmaz və yenilməzliyinin rəmzi olan bayrağımız gənclərimizə əmanətdir. Daha sonra C.Məmmədov İnstitut haqqında ümumi məlumat verərək, təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını qeyd edib. C.Məmmədov bildirib ki, İnstitut keyfiyyətli tədrislə yanaşı, tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə də xüsusi önəm verir. Cocuq Mərcanlıya səfərin əsas məqsədinin tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə vermək olduğunu qeyd edən Aİİ rektoru gənc nəslin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsi üçün İnstituda maarifləndirici tədbirlər silsiləsinin davam etdiriləcəyini nəzərə çatdırıb. Tədbirdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, məktəb direktoru Zamin Həziyev, kənd sakinləri və Aİİ-nin tələbələri işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, həmçinin 9 noyabr – Dövlət Bayrağı Günü ilə bağlı çıxış ediblər. Səfər zamanı İnstitut heyəti, həmçinin Cocuq Mərcanlı kəndində inşa edilmiş Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidi ilə də tanış olub, axund Elman Piriyev ilə söhbət aparıblar. Bildirilib ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadət ocağında dindarlar üçün hər cür şərait yaradılıb. Məscidi ziyarətdən sonra, İnstitut heyəti ərazini gəzib, Prezident cənab İlham Əliyevin Cocuq Mərcanlı kəndi ilə bağlı yürütdüyü siyasətin nəticəsi olaraq, burada aparılan abadlıq, tikinti-quruculuq işlərinin şahidi olub; kənd sakinləri ilə görüşüb, onları yenidən doğma torpağa köçmələri və əmin-amanlıqda yaşamaları münasibətilə təbrik edib, işlərində müvəffəqqiyyətlər arzulayıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Bu ölkədə ən gəlirli 10 şirkətdən 5i qumar biznesinə məxsusdu like
  • 09 Noy 17:24  
Dünya Bu ölkədə ən gəlirli 10 şirkətdən 5i qumar biznesinə məxsusdu

2018-ci ildə Gürcüstanda ən gəlirli şirkətlərin adları açıqlanıb. İ

arrow Ətraflı
Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq like
  • 09 Noy 17:23  
Digərləri Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq

Noyabrın 27-də Estoniyanın paytaxtı Tallinndəki “Artis Cinema” salonund

arrow Ətraflı
Elmar Məmmədyarov: "Torpaqlarımız Ermənistan tərəfindən işğal olunmasaydı..." like
  • 09 Noy 17:21  
Siyasət Elmar Məmmədyarov: "Torpaqlarımız Ermənistan tərəfindən işğal olunmasaydı..."

İƏT bölgəsində həll olunmamış münaqişələr, o cümlədən Ermənistan

arrow Ətraflı
İŞİDin “qadın bazarı”: Təcavüz, şantaj, cinayət, edam... like
  • 09 Noy 17:18  
Dünya İŞİDin “qadın bazarı”: Təcavüz, şantaj, cinayət, edam...

"İŞİD terror təşkilatının Türkiyədə qurduğu qadın ticarəti baz

arrow Ətraflı
Zakir Həsənov andiçmə mərasimində: "Hər bir Azərbaycan əsgəri... like
  • 09 Noy 17:15  
Siyasət Zakir Həsənov andiçmə mərasimində: "Hər bir Azərbaycan əsgəri...

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbə

arrow Ətraflı
Limon mürəbbəsi ilə qışa hazır olun like
  • 09 Noy 17:12  
Digərləri Limon mürəbbəsi ilə qışa hazır olun

Limonun faydalarını saymaqla bitməz.

arrow Ətraflı
9 noyabrla bağlı Səfirliyin məqaləsi Misir mətbuatında like
  • 09 Noy 17:09  
Digərləri 9 noyabrla bağlı Səfirliyin məqaləsi Misir mətbuatında

Cari ilin 09 noyabr tarixində AR-ın Misirdəki Səfirliyinin Azərbaycan Dövl

arrow Ətraflı
Tənha ölən xalq artisti haqda like
  • 09 Noy 17:06  
Kriminal Tənha ölən xalq artisti haqda

Bu gün mərhum xalq artisti Zərnigar Ağakişiyevanın doğum günüdür.

arrow Ətraflı
Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Bakıda Pekin təhsil sərgisi keçiriləcək like
  • 09 Noy 17:01  
Digərləri Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Bakıda Pekin təhsil sərgisi keçiriləcək

Pekin Bələdiyyəsinin Təhsil Komissiyasının Azərbaycan Dillər Universitet

arrow Ətraflı
Kilolu xanımlar necə geyinməlidir? like
  • 09 Noy 16:54  
Digərləri Kilolu xanımlar necə geyinməlidir?

Müxtəlif səbəblərdən bir çox xanımlar artıq çəkidən əziyyət çəki

arrow Ətraflı
30 gün təcavüz edilir, qaçmaq istəyənlər edam olunur like
  • 09 Noy 16:51  
Dünya 30 gün təcavüz edilir, qaçmaq istəyənlər edam olunur

Son üç ildə PKK-YPG-PYD terror təşkilatının qaçırdığı qadınlardan 1

arrow Ətraflı