Zakir Həsənov andiçmə mərasimində: "Hər bir Azərbaycan əsgəri...


Siyasət 09 Noy 2019 17:15:00 39 0

Zakir Həsənov andiçmə mərasimində: "Hər bir Azərbaycan əsgəri...

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun hərbi hissələrindən birində əsgər valideynlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dövlət Bayrağı Günü münasibətilə keçirilən andiçmə mərasimində və "Açıq qapı günü" ilə əlaqədar tədbirdə iştirak ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, Müdafiə Nazirliyinin rəhbərliyi əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra hərbi hissədə gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Gənc əsgərlər sıra meydanında Vətənə sədaqət andı içiblər.

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı bir daha şəxsi heyətin diqqətinə çatdırılıb.

Bayram nitqi ilə çıxış edən Müdafiə naziri Ali Baş Komandanın ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusu sürətlə inkişaf edir, ölkənin hərbi qüdrətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə olunub.

Nazir qeyd edib ki, ordumuz müasir silah və hərbi texnika ilə silahlanır, yeni hərbi hissələr, yaşayış kompleksləri inşa edilərək istifadəyə verilir: "Bütün bunlar bizə imkan verir ki, Azərbaycan Ordusunun qoşun növləri, hərbi hissələri və bölmələrinin döyüş qabiliyyətini, o cümlədən şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək səviyyədə saxlayaq, hərbi qulluqçuların sosial müdafiəsini gücləndirək, xalqımızın ordusuna və işğal olunmuş torpaqların tezliklə azad olunacağına inamını daha da artıraq, gənc nəsli isə hərbi xidmətə həvəsləndirək. Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalı, nümunəvi və nizam-intizamlı olmalı, sərəncamındakı ən müasir silah və hərbi texnikanı bacarıqla tətbiq etməyə qadir olmalı, işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır. Azərbaycan Ordusunun gücü məhz şəxsi heyətin vətənpərvərliyində, döyüş əzmi və ruh yüksəkliyində, yüksək nizam-intizamında və peşəkarlığındadır".

Nazir Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyəti təbrik edərək ona uğurlar arzulayıb.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.

Əsgər valideynləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi xidmətlə əlaqədar onları maraqlandıran sualları cavablandırıb, bir sıra məsələlərin həlli ilə bağlı müvafiq vəzifəli şəxslərə göstərişlər verib.

Sonra "Açıq qapı günü" çərçivəsində Müdafiə naziri tədbir iştirakçıları ilə birlikdə hərbi hissədə təşkil olunan "Azərbaycanın tarixi bayraqları" sərgisinə baxış keçirib.

Tədbir iştirakçılarına tarixin müxtəlif dövrlərinə təsadüf edən Azərbaycanın dövlət bayraqları haqqında ətraflı məlumat verilib.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında geniş konsert proqramı ilə davam edib.

Tədbirin sonunda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

Son.az 

Limon mürəbbəsi ilə qışa hazır olun like
  • 09 Noy 17:12  
Digərləri Limon mürəbbəsi ilə qışa hazır olun

Limonun faydalarını saymaqla bitməz.

arrow Ətraflı
9 noyabrla bağlı Səfirliyin məqaləsi Misir mətbuatında like
  • 09 Noy 17:09  
Digərləri 9 noyabrla bağlı Səfirliyin məqaləsi Misir mətbuatında

Cari ilin 09 noyabr tarixində AR-ın Misirdəki Səfirliyinin Azərbaycan Dövl

arrow Ətraflı
Tənha ölən xalq artisti haqda like
  • 09 Noy 17:06  
Kriminal Tənha ölən xalq artisti haqda

Bu gün mərhum xalq artisti Zərnigar Ağakişiyevanın doğum günüdür.

arrow Ətraflı
Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Bakıda Pekin təhsil sərgisi keçiriləcək like
  • 09 Noy 17:01  
Digərləri Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Bakıda Pekin təhsil sərgisi keçiriləcək

Pekin Bələdiyyəsinin Təhsil Komissiyasının Azərbaycan Dillər Universitet

arrow Ətraflı
Kilolu xanımlar necə geyinməlidir? like
  • 09 Noy 16:54  
Digərləri Kilolu xanımlar necə geyinməlidir?

Müxtəlif səbəblərdən bir çox xanımlar artıq çəkidən əziyyət çəki

arrow Ətraflı
30 gün təcavüz edilir, qaçmaq istəyənlər edam olunur like
  • 09 Noy 16:51  
Dünya 30 gün təcavüz edilir, qaçmaq istəyənlər edam olunur

Son üç ildə PKK-YPG-PYD terror təşkilatının qaçırdığı qadınlardan 1

arrow Ətraflı
Qarabağda 2800 yaşı olan eksponatlar like
  • 09 Noy 16:48  
Digərləri Qarabağda 2800 yaşı olan eksponatlar

Ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında unikal tarixi eksp

arrow Ətraflı
Küveyt Dövlət Universitetində Tarix İnstitutunun nəşrlərinin təqdimatı olub (FOTO) like
  • 09 Noy 16:42  
Digərləri Küveyt Dövlət Universitetində Tarix İnstitutunun nəşrlərinin təqdimatı olub (FOTO)

Küveyt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Tar

arrow Ətraflı
Bakıda avtomobil oğrusu saxlanılıb like
  • 09 Noy 16:39  
Kriminal Bakıda avtomobil oğrusu saxlanılıb

Bakıda avtomobil oğrusu saxlanılıb.

arrow Ətraflı
Rövşanə fotoşop edən müğənniləri ələ saldı like
  • 09 Noy 16:33  
Şou-biznes Rövşanə fotoşop edən müğənniləri ələ saldı

Aparıcı Rövşanə Ağasəfqızı yenə şou-biznes nümayəndələrinə söz

arrow Ətraflı